Adilbek Kasımalıyev: Türk dövlətləri ilə qarşılıqlı investisiyalar üçün böyük imkanlarımız var
02.04.2026 [14:39]
Xəbərin mətni
Qırğızıstan son 5 il ərzində investisiya mühitinin yaxşılaşdırılması istiqamətində sistemli islahatlar həyata keçirib. Bununla yanaşı, bizim qardaş türk dövlətləri ilə qarşılıqlı investisiyalar üçün böyük imkanlarımız var. Bunu Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.