Qazaxıstan Azərbaycanla Orta Dəhliz üzrə hökumətlərarası saziş imzalamağı planlaşdırır
02.04.2026 [14:43]
Biz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini yüksək qiymətləndiririk. Orta Dəhlizin institusional statusunu artırmaq məqsədilə biz bu il Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamağı planlaşdırırıq. Əlavə olaraq, bu marşrutun sabitliyini qoruyub saxlayaraq, onun Zəngəzur dəhlizinin açılması ilə inteqrasiyasını təmin etmək zəruridir. Bu baxımdan Qazaxıstan sözügedən layihədə fəal iştirak etməyə hazırdır və bu gün bir sıra Qazaxıstan şirkətləri dəmir yolu infrastrukturunun tikilməsi və müasirləşdirilməsi işlərində maraqlıdır. Bunu Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.