Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimali Kiprin Baş naziri: Türk dövlətlərinin strateji həmrəyliyi tarixi zərurətdir

02.04.2026 [14:47]

Xəbərin mətni

Bu gün dünya siyasi və iqtisadi baxımdan çoxqatlı böhranların caynağındadır. Müharibələr, iqtisadi böhranlar, qlobal iqlim dəyişikliyinin yaratdığı təsirlər, nizamsız miqrasiya və bir çox digər çətinliklər dünyanı son dərəcə riskli hala gətirib. Bu səbəbdən türk dövlətlərinin strateji həmrəyliyi, Türk dünyası və millətimiz adına tarixi zərurətdir. Bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI