Türk dünyasının ortaq ali təhsil məkanının yaradılması təklif olunur
02.04.2026 [14:52]
Xəbərin mətni
Türk dünyasının ortaq ali təhsil məkanını yaradaraq diplomların qarşılıqlı tanınmasını sürətləndirmək əsas prioritetlərimizdən biri olmalıdır. Bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.