Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır

02.04.2026 [19:15]

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər son dərəcə xüsusi xarakter daşıyır. Bu, iki adi dövlət arasındakı əlaqələr deyil, Şuşa Bəyannaməsində əksini tapan müttəfiqlik prinsiplərinə əsaslanan münasibətlərdir. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, bu əlaqələr “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz söyləyib.