İntensiv yağışlar zamanı hansı tədbirlər görülür?
03.04.2026 [17:48]
Xəbərin mətni
Yağıntılı günlərdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İBŞSTX) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İBŞSTX-dən bildirilib ki, Xidmət tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur.