Hafiz Səfixanov: Azərbaycana göstərilən beynəlxalq dəstək qarşılaşdığımız mina probleminə adekvat deyil
03.04.2026 [21:37]
Xəbərin mətni
Azərbaycan mina, partlamamış hərbi sursatdan əziyyət çəkən ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsindən sonra aparılan tədqiqatlar göstərdi ki, ölkə ərazisinin 12 faizi mina və partlamamış hərbi sursatların qalıqları ilə çirklənib. Bəzi ekspertlərin verdiyi məlumata görə, həmin ərazilərdə 1,5 milyondan çox mina basdırılıb. Bu barədə AZƏRTAC -a açıqlamasında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.