Səngərdə şəxsi heyətlə birlikdə şəhid olan Milli Qəhrəmanın xatirəsi anılıb
03.04.2026 [21:38]
Xəbərin mətni
Azərbaycan tarixinə dördgünlük müharibə kimi daxil olan Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin aprelində yazılan şanlı tarix bu gün də milli ruhun, birliyin və əzmin simvolu kimi yaşayır. Aprel döyüşlərinin ildönümündə şəhidlərimizin uyuduğu müqəddəs məkanlar bu gün də xalqın sonsuz ehtiramının ünvanına çevrilib.