Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür
05.04.2026 [21:04]
Yağan yağışlar nəticəsində paytaxtın bir sıra ərazilərində yaranmış fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Bakının Suraxanı, Nizami, Binəqədi və Sabunçu rayonlarında aidiyyəti qurumlar tərəfindən ərazilərin su basmasının qarşısının alınması və təmizləmə işləri davam etdirilir.