FHN-in qüvvələri Keşlədə 97 sakini təhlükəsiz əraziyə təxliyə edib
06.04.2026 [13:14]
Xəbərin mətni
Paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində kollektorda baş verən nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən aidiyyəti tədbirlər həyata keçirilir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə Əlaqə İdarəsinin əməkdaşı Pərviz Aslanov deyib.