Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda 506,2 hektardan çox sahədə kartof əkini aparılıb

06.04.2026 [13:22]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yazlıq əkin tədbirləri çərçivəsində kartof əkini işləri davam etdirilir. Cari təsərrüfat ilində bu günədək ümumilikdə 506,2 hektardan çox sahədə kartof əkini aparılıb, həmin sahələrin 300 hektarı müasir suvarma sistemləri ilə təmin olunub. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.