Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai rayonunda bir neçə ərazi yağış sularından təmizlənib

06.04.2026 [17:22]

Xəbərin mətni

Son günlər yağan intensiv yağıntılar zamanı paytaxtın digər əraziləri kimi, Xətai rayonunun da bəzi yerlərində yağış sularının müvəqqəti yığılması halları qeydə alınıb. İllik normadan 6 dəfə artıq su yığılıb. Xətai Rayon Sukanal İdarəsinin operativ briqadaları ərazilərə yığılan suyu kənarlaşdırır. Ərazi üzrə nasos stansiyaları, kollektor xətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Vəziyyət İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, eləcə də Xətai Rayon Sukanal İdarəsinin tam nəzarətindədir, işlər operativ şəkildə davam etdirilir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xətai Rayon Sukanal İdarəsinin Müraciətlərin qəbulu və işin təşkili şöbəsinin rəisi Əli Məhərrəmli deyib.