Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda sənaye sahəsi üzrə əmək yarmarkası: 300-dən çox vakansiya təqdim olunur

08.04.2026 [16:23]

Xəbərin mətni

Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı birgə əmək yarmarkası təşkil edir. Əmək yarmarkasında Peşə Təhsil Mərkəzinin məzunları və sonuncu kurs tələbələri iştirak edir. Yarmarkada 30-dan çox müəssisə 300-dən çox vakansiya təqdim edir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Regional Məşğulluq filialının müdiri Habil Əliyev deyib.