Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaşım Maqomedov: Medal təqdimatı zamanı Olimpiya Oyunları ilə bağlı xoş xatirələr yenidən canlandı

09.04.2026 [15:39]

Xəbərin mətni

Bu təqdimat məndə böyük nostalji hissi yaratdı. Olimpiya Oyunları ilə bağlı xoş xatirələrim yenidən canlandı. AZƏRTAC xəbər verir ki, bu sözləri taekvondoçu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşınmaya məruz qalan gümüş medalının yenilənmədən sonra təqdimetmə mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.