Azərbaycan Dövlət İnformasiya Agentliyi

Onlar burada özlərini evlərindəki kimi hiss edirlər - Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bir gün

09.04.2026 [15:40]

Xəbərin mətni

Bakının mərkəzindəki səs-küydən uzaqda, Xəzər dənizinin sahilində, yaşıl əraziləri və sakitliyi ilə seçilən Bilgəh qəsəbəsində bir məkan var. Bu ünvanda xatirələri və taleləri ilə bəzən insanı düşündürən, bəzən ibrət götürməyə vadar edən, bəzən də qarışıq hislər yaşamaq məcburiyyətində qoyan ahıl insanlar yaşayırlar. Bura Ahıl şəxslər üçün sosial xidmət müəssisəsidir.