Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Tələbələrimiz iş axtarmayacaqlar, özləri iş seçəcəklər” – Qarabağ Universitetindən REPORTAJ

09.04.2026 [19:22]

Xəbərin mətni

Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universiteti regionun intellektual mənzərəsini yenidən formalaşdıraraq, Azərbaycanın ali təhsil sistemində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Qısa müddət ərzində innovativ infrastrukturu və beynəlxalq akademik standartlara əsaslanan tədris yanaşması ilə seçilən bu ali təhsil müəssisəsi artıq regionun strateji inkişafının və kadr potensialının əsas mərkəzinə çevrilib.