Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
10.04.2026 [21:13]
Son məlumatlara görə, ölkə ərazisində güclü yağışların başladığı 27 mart 2026-cı il tarixindən 9 aprel tarixinədək olan dövrdə Aqrar Sığorta Fonduna müxtəlif hadisələr üzrə ümumilikdə 601 sığorta müqaviləsini əhatə edən 93 müraciət daxil olub. Bu müraciətlər müxtəlif bitkilərin əkildiyi 6541 hektar əkin sahəsini əhatə edib. Ən çox müraciət Quba-Xaçmaz regionu üzrə daxil olub, bu bölgələn 5700 hektarı əhatə edən müraciət edilib.