İntensiv yağışlar kənd təsərrüfatına necə təsir edir?
13.04.2026 [19:49]
Xəbərin mətni
Baharın gəlişi ilə ölkəmizdə qeyri-sabit və yağıntılı hava şəraiti hökm sürür. Xüsusilə, bölgələrimizdə yağışlar davam edir. Maraqlıdır intensiv yağıntılar kənd təsərrüfatına və məhsuldarlığa necə təsir edir? Fermer İxtiyar Ağaməmmədovun sözlərinə görə, yağışlar taxıl sahələrinə zərər verməyib, əksinə bitkinin yaxşı inkişafına şərait yaradıb.