Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oleksi Buryaçenko: Ukrayna-Macarıstan münasibətlərinin sabitləşməsi üçün yaxşı şans yaranıb

14.04.2026 [11:09]

Xəbərin mətni

Ukraynanın Macarıstanla münasibətləri sabitləşdirmək üçün yaxşı şansı olacaq. Peter Macyarın seçki prioritetlərinə, vədlərinə əsaslansaq, onun məhz tərəfdaşlığa və bərabərhüquqlu dialoqa hazır olduğunu görürük. Ukrayna da həmişə bu əməkdaşlıq formatına hazırdır. Bu fikri AZƏRTAC-a açıqlamasında Macarıstan parlamentinə seçkilərdə Peter Macyarın rəhbərlik etdiyi “Tisza” partiyasının qələbəsini şərh edən ukraynalı siyasi şərhçi Oleksi Buryaçenko söyləyib.