Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələcəyə sərmayənin ünvanı - Qarabağ Universitetinin tələbələri seçimlərindən razıdırlar

14.04.2026 [18:32]

Xəbərin mətni

Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycanın təhsil tarixində yeni və strateji bir mərhələnin təməlini qoyub. Otuzillik işğaldan azad edilmiş ərazilərdə elmin və maarifçiliyin yenidən dirçəldilməsi məqsədilə yaradılan bu ali təhsil ocağı regionun intellektual potensialının bərpası üçün mühüm mərkəz rolunu oynayır. Bu addım təkcə Qarabağın yenidən qurulması deyil, həm də bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsi və gənc nəslin doğma torpaqlarda müasir biliklərə yiyələnməsi baxımından tarixi əhəmiyyət kəsb edir.