Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İşimlə fərəh duyuram” - Bölgədə ahıl şəxslərə xidmət göstərən sosial işçinin bir iş günü

15.04.2026 [16:18]

Xəbərin mətni

Tənha, yaşlı və əlilliyi olan insanlar müəyyən vaxtdan sonra hərəkət məhdudiyyəti ilə qarşılaşır, hətta evdə belə özlərinə xidmət edə bilmirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçiləri belə insanlara evlərində xidmət göstərirlər.