Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır...

16.04.2026 [17:00]

Xəbərin mətni

Məhərrəm İbrahimovun adı çəkiləndə təkcə bir jurnalist yox, bir yol, bir amal, bir Vətən sevgisi canlanır göz önündə. O yol ki, qısa idi, amma izləri çox dərin oldu. O amal ki, missiyası sadəcə xəbər yazmaq deyildi - tarix yazmaq idi. O sevgi ki, insanı ölümün üzərinə belə aparacaq qədər böyük idi.