Türk ekspert: Aİ ilə enerji əməkdaşlıq Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir
16.04.2026 [18:42]
Xəbərin mətni
Yaxın Şərqdə son dövrlərdə baş verən hadisələr göstərir ki, regiondakı gərginlik artıq yalnız siyasi rəqabət çərçivəsindən çıxaraq hərbi qarşıdurma mərhələsinə keçib. Xüsusilə İran və İsrail arasında başlayan müharibənin ABŞ-nin də qoşulması ilə çox qısa müddətdə regional böhrana çevrilməsi bunu açıq şəkildə təsdiqləyir. Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türk ekspert Serkan Gündoğdu bildirib.