Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Süleymanov: Vətən müharibəsindən bəri 264,581 hektar sahədə minatəmizləmə fəaliyyəti icra olunub

17.04.2026 [12:42]

Xəbərin mətni

Biz hazırda Ağdam rayonunda ANAMA tərəfindən minatəmizləmə əməliyyatı icra olunan sahədəyik. Eyvazxanbəyli-Baş Qərvənd qaz xətti layihəsi bu ərazidən keçir. Minalarla həddindən artıq çox çirklənmiş ərazidir. Bunu Ağdamda jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.