Fuad Məmmədov: "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sisteminin fəaliyyətə başlaması üçün gərgin iş aparılır
17.04.2026 [13:11]
Xəbərin mətni
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2023-cü ilin sentyabrından tətbiq olunan yeni qrant modeli və onun real nəticələri təqdir edilib, bu modelin bütün respublika üzrə tətbiqinə qərar verilib. Bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov Agentliyin 5 illik fəaliyyətinə dair mətbuat konfransında söyləyib.