MƏDƏNİYYƏT


Biz də hamı kimiyik
Balaca çempion İmran Cəfərzadə

Onun hekayəsi çoxlarına məlumdur. İki yaşında olarkən "Nabran Village Holiday" istirahət mərkəzində hovuzda çimərkən ayaqlarını itirən İmran Cəfərzadənin başına gələnlər hamını məyus etmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunan İmran bu gün sərbəst hərəkət edə, qaça, oynaya bilir.