Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sədr: Azərbaycan QHT-ləri 2025-ci ildə 17 fərqli ölkədə 43 tədbir keçirib

17.04.2026 [13:37]

Xəbərin mətni

2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin 7 xarici ölkədə 25 tədbiri baş tutub. 2025-ci ildə isə rekord qeydə alınıb, 17 fərqli ölkədə 43 tədbir keçirilib. Bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Agentliyin 5 illik fəaliyyətinə dair mətbuat konfransında söyləyib.