Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmir istiqamətində qatarların hərəkət vaxtı azaldılıb

17.04.2026 [14:58]

Xəbərin mətni

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sərnişin məmnuniyyətinin artırılması və daşımaların daha səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Bakı–Kürdəmir marşrutu üzrə qatarların hərəkət vaxtı əhəmiyyətli dərəcədə azaldılıb. Bunu Kürdəmir dəmiryolu stansiyasına təşkil olunan mediaturda ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun bildirib.