Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daha iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib

17.04.2026 [15:18]

Xəbərin mətni

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev iclasda iki məsələnin – Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.