Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı
21.04.2026 [10:23]
Xəbərin mətni
Bu gün sevinc və qürur hissinin bir araya gəldiyi ən unudulmaz günlərdən biridir. Doğma Ağdam torpağına yenidən qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir. Biz illər boyu bu günün gələcəyinə ümid etmişdik və nəhayət, o arzu reallığa çevrildi. Bizə bu tarixi günləri yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı və şəfa arzulayıram. Bu sözləri aprelin 21-də Bakıdan Ağdam rayonuna yola salınan keçmiş məcburi köçkün Siyavuş Ağayev deyib.