Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaş hüquqlarının qorunması və şəffaflıq prokurorluğun fəaliyyətində prioritet istiqamətdir

22.04.2026 [23:44]

Xəbərin mətni

Aprelin 22-də İmişli rayon prokurorluğunda “Açıq qapı” günü təşkil olunub. Tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ictimai fəallar iştirak ediblər.