Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilir
23.04.2026 [13:26]
Xəbərin mətni
Bakıda Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilir. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, respublikamızın tanınmış ziyalılarının, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, gənclərin, eləcə də Şuranın 81 şəhər və rayon təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən qurultay Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.