Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ziyafət Əsgərov: Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs regionların davamlı inkişafı üçün fundamental baza yaradıb

23.04.2026 [15:14]

Xəbərin mətni

Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dövlət quruculuğu prosesi yalnız mərkəzi idarəetmənin gücləndirilməsi ilə məhdudlaşmayıb, eyni zamanda, yerli özünüidarəetmə institutlarının inkişafına da xüsusi diqqət yetirilib. Onun siyasi kursunun əsas istiqamətlərindən biri demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaşların idarəetmədə iştirak imkanlarının genişləndirilməsi olub. Bu sahədə qəbul edilmiş fundamental hüquqi sənədlər, qanunvericilik aktları və strateji proqramlar uzunmüddətli inkişafın möhkəm təməlini qoyub. Bu sözləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentdə keçirilən “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxışı zamanı deyib.