Bahar Muradova: Memarlıq və şəhərsalma prosesində qadınların rolu genişlənməlidir
23.04.2026 [19:04]
Xəbərin mətni
Son illərin ictimai, siyasi və postmünaqişə reallıqları fonunda şəhərsalma artıq yalnız infrastruktur məsələsi deyil. Burada ilk növbədə, milli inkişaf, əhalinin və insanların maraqlarının nəzərə alınması, onlara qarşı sosial ədalətin və təhlükəsizliyin təmin olunması məsələsi ortaya çıxır. AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin təşkilatçılığı ilə keçirilən "Memarlıq və Şəhərsalma İli" çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" mövzusunda keçirilən konfransda deyib.