QHT sədri: Azərbaycanda Çernobıl iştirakçılarının sosial hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır
24.04.2026 [14:24]
Xəbərin mətni
Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması işlərinə ümumilikdə 650 min nəfər cəlb olunmuşdu. Onlardan təxminən 8500-dən çoxu azərbaycanlı idi. Təəssüf ki, bu insanların 4 mindən çoxu müxtəlif səbəblərdən həyatını itirib. Digərlərinin bir çoxu isə həmin dövrdə məruz qaldıqları radiasiyanın təsiri nəticəsində müxtəlif xəstəliklərə düçar olub, sağlamlıqlarını itirib və bu gün də bu fəsadların ağır yükünü daşımaqdadır. Bu sözləri AZƏRTAC -a açıqlamasında "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov söyləyib.