“Qırmızı körpü” Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsinin qurulmasında xarici ölkələrin təcrübəsindən istifadə olunub
24.04.2026 [15:22]
Qida təhlükəsizliyi sahəsinə aid məhsulların idxal və ixracına nəzarətin effektiv şəkildə təmin edilməsi məqsədilə Qazax rayonunda, Gürcüstan ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazidə fəaliyyətə başlayan “Qırmızı körpü” Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsinin qurulmasında Latviya, Litva və Gürcüstanın təcrübəsindən istifadə olunub. Məntəqə funksionallığı ilə qida təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verməklə yanaşı, ən müasir infrastrukturun qurulması sayəsində ölkənin dinamik inkişafını və yenilikçi simasını daha dolğun şəkildə əks etdirir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" və WUF13 çərçivəsində " Təhlükəsiz qidanın memarlığı" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən deyib.