Azərbaycan Dövlət İnformasiya Agentliyi

Agentlik sədri: Qida obyektlərinin düzgün yerləşdirilməsi sanitariya-gigiyena təhlükəsizliyinin təmin olunmasına təsir göstərir

24.04.2026 [15:24]

Xəbərin mətni

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan obyektlərin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsi xidmətini də uğurla icra edir. Bu xidmət şəhərsalma fəaliyyətində mühüm və çoxşaxəli rol oynayır. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" və WUF13 çərçivəsində " Təhlükəsiz qidanın memarlığı" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən deyib.