Agentlik rəsmisi: Təhlükə potensiallı obyektlərlə bağlı yeni normativ-hüquqi aktların hazırlanması prosesi davam edir
27.04.2026 [12:27]
Xəbərin mətni
Təhlükə potensiallı obyektlərlə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bu obyektlərdə risklərin minimuma endirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə əsas məqsəd insan həyatının, sağlamlığının və ətraf mühitin qorunmasını təmin etməkdir. Bunu Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) təşkilatçılığı ilə keçirilən texniki normativlərin təkmilləşdirilməsi üzrə dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin hüquq şöbəsinin müdiri Akif Əfəndiyev bildirib.