Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neft-qaz və sənaye sahəsində tətbiq olunan texniki-normativ sənədlərin təkmilləşdirilməsinə dair təkliflər dinlənilib

27.04.2026 [15:03]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığa dair anlaşma memorandumuna əsasən Bakı Konqres Mərkəzində neft-qaz və sənaye sahəsində tətbiq olunan texniki-normativ sənədlərin təkmilləşdirilməsinə dair dəyirmi masa keçirilib.