Suriyanın Türkmən dağı yaxınlığında hərbi təyyarə vurulub
24.11.2015 [12:15]
Suriyanın Türkmən dağı yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə qırıcıları tərəfindən vurulub. Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub və Türkiyə Silahlı Qüvvələri təyyarəni vurub. Qeyd edək ki, bir-neçə gündür ki, Türkmən dağı Bəşər Əsəd rejimi və müttəfiqləri tərəfindən bombalanır.