Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür
28.04.2026 [14:16]
Xəbərin mətni
Aprelin 28-də Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür. İnsanlara nur bəxş etməyi həyat amalına çevirmiş alim həm də yüksək insani keyfiyyətləri ilə yaddaşlarda yaşayır. Onun rəhbərliyi və qayğısı ilə həkim-oftalmoloqların böyük bir nəsli yetişib. AZƏRTAC akademik Zərifə Əliyevanın doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.