Azərbaycan Dövlət İnformasiya Agentliyi

DƏMX-nin rəis müavini: Məqsədimiz daha sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılmasıdır

28.04.2026 [17:19]

Xəbərin mətni

Son illərdə ölkəmizdə əməyin mühafizəsi sahəsində mühüm islahatlar həyata keçirilir. Nəzarət mexanizmləri ilə yanaşı, maarifləndirmə və preventiv tədbirlər genişləndirilib, rəqəmsal həllər tətbiq olunub. “Əmək və Məşğulluq” altsistemi və elektron reyestrlər vasitəsilə risklərin daha operativ müəyyən edilməsi və qarşısının alınması təmin olunur. Bunu jurnalistlərə açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva deyib.