Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada müəllimlər arasında keçirilən intellektual yarışın qalibləri müəyyənləşib

28.04.2026 [19:16]

Xəbərin mətni

Ağstafa rayonunun 34 ümumtəhsil müəssisəsinin müəllimlərindən ibarət komandaları arasında intellektual bilik yarışı keçirilib. Yarış “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa təhsil sektorunun birgə təşkilatçılığı ilə reallaşıb.