Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurban Yetirmişli: Zəlzələdən dərhal sonra hesablamalara başlayırıq

28.04.2026 [20:19]

Xəbərin mətni

Hər dəfə zəlzələ baş verdikdən dərhal sonra hesablamalara başlayırıq. Nə baş verdiyini, hansı istiqamətdə enerjinin boşaldığını, hansı qırılmanın aktiv olması ilə bağlı detalları analiz edirik. Daha sonra təkrar təkanların gücü, ehtimal olunan davametmə prosesi qiymətləndirilir. Bu hesablamalar əsasında da əhalini məlumatlandırırıq. Bildiririk ki, hər hansı təşvişə ehtiyac yoxdur. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli səsləndirib.