Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması istiqamətində işlərə başlanılıb
28.04.2026 [21:55]
Xəbərin mətni
Bildiyimiz kimi, 2025-ci il sentyabrın 18-də Prezident İlham Əliyev tərəfindən orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması haqqında Sərəncam imzalanıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə bir sıra işlər həyata keçirilir.