Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda oftalmologiyanın inkişafı: müasir texnologiyalar və peşəkar kadrlar

28.04.2026 [22:09]

Xəbərin mətni

Akademik Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzi, mərkəzin Gəncə, Masallı, Şəki filialları, avtomobil və dəmir yolu səyyar klinikaları vasitəsilə Azərbaycanda oftalmoloji yardımın optimallaşdırılması üçün böyük işlər görülür. Həm mərkəz, həm filiallar, həm səyyar qatar, həm də səyyar klinika yüksəktexnoloji avadanlıqla təchiz olunub, bu müəssisələrdə peşəkar cərrah və həkimlər fəaliyyət göstərirlər. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva deyib.