Sel sularının vurduğu ziyan aradan qaldırılır: Hansı işlər görüləcək?
29.04.2026 [21:32]
Xəbərin mətni
Sel sularının vurduğu ziyan aradan qaldırılır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən güclü leysan yağışları və yaranan sel suları nəticəsində zərər dəymiş ərazilərdə yenidənqurma işləri aparılacaq. Ayrılan vəsaitin evlərin bərpası, yeni fərdi yaşayış evlərinin tikintisi, infrastrukturun təmiri, eyni zamanda kompensasiya ödənişləri üçün istifadəsi nəzərdə tutulub.
Müxbir - Fərid Səlimov
Videooperator - İlham Nadirov
Montaj - Natiq Musayev