Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: Ümummilli Liderin müəyyənləşdirdiyi strateji kurs bu gün müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir

30.04.2026 [16:11]

Xəbərin mətni

Son 30 il ərzində müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı prosesində insan kapitalına yönəlik siyasətin də mərhələli şəkildə formalaşdığını və bu gün artıq sistemli bir xarakter aldığını aydın görürük. Bu inkişafın ilk 8 ili mürəkkəb, məsuliyyətli və taleyüklü bir mərhələ olub. Bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.