Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair təkliflər aidiyyəti qurumlara göndərilib

30.04.2026 [16:57]

Xəbərin mətni

Azərbaycanda insanların sağlamlığının qorunması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması sahəsində görülən tədbirlər ailə, qadın, uşaq siyasətinin uğurla həyata keçirilməsinə töhfə verib. Qəbul edilən qanunvericilik aktları isə bu sahədə yaranan yeni münasibətlərin tənzimləməsi və mövcud vəziyyətin təkmilləşdirilməsinə xidmət edir. Bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.