Nazir: Azərbaycanda 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb
30.04.2026 [17:09]
Xəbərin mətni
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb. Bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir. Bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.